Xəbər lenti

Biz sülhün olduğu Cənubi Qafqaz istəyirik.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bildirib.

“Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh şəraitində yaşamasını və region ilə əlaqələnməsini istəyirik. ABŞ və Aİ bu səylərinin həyata keçməsində tərəfdaşdır”, - Blinken deyib.

O, Ermənistan hökumətinin islahatlarını dəstəklədiklərini və bu istiqamətdə investisiya qoyduqlarını bəyan edib: “Belə ki, 2023-cü ilin büdcəsindən bunun üçün 65 milyon dollar ayrılıb ki, bu da iki il əvvəllə müqayisədə daha çoxdur”.

Blinken Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirdiklərini vurğulayıb.

O qeyd edib ki, ABŞ Qarabağı tərk edən erməniləri də dəstəkləməyə davam edəcək: “Bu, Ermənistanın uzun müddətli stabilliyi və çiçəklənməsi, eyni zamanda, regional sabitlik üçün vacibdir. Biz onların Ermənistan iqtisadiyyatına inteqrasiyasını dəstəkləyirik”.

Blinken bugünkü üçtərəfli görüşdən səmərəli müzakirələr gözlədiyini əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 3 438          Tarix: 5-04-2024, 14:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma