Xəbər lenti

Rusiyanın Ukraynadakı münaqişə ilə bağlı təklif etdiyi bir düstur var – Çinin sülh tezisini dəstəkləməklə. Burada əsas məsələ xəttə sadiq qalmaqdır. Lavrov bunu anlayır. O dedi ki, əgər Qərb savaş istəyirsə, savaşacağıq. Burada müəyyən əks-reaksiya var və daim nəzərə alınmalıdır, başqa heç nə.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq Humanitar-Siyasi Tədqiqatlar İnstitutunun eksperti Vladimir Bruter Sergey Lavrovun yenidən Rusiya XİN başçısı təyin olunmasını şərh edərkən bildirib.

Ekspert nazirin səlahiyyətindən kənar heç bir iş görməyəcəyini vurğulayıb:

"Əsas postlar mövcud oyunçular tərəfindən saxlanılır, mahiyyət etibarı ilə bu, Putin kursunun kadr korrektəsinin davamıdır. Prinsipcə, son illərin təcrübəsinə əsaslanan əlavə parametrlər nəzərə alınmaqla, heç nə dəyişməyəcək. Dünyanın ən təcrübəli xarici işlər nazirlərindən biri olan Sergey Lavrovun yenidən vəzifəyə təyin olunması da eyni məntiqə uyğundur".




Ana səhifəyə qayıt        Baxış: 3 550          Tarix: 15-05-2024, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma