Xəbər lenti

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Fransanın Yeni Kaledoniyada baş verənlərə görə ölkəsini ittiham etməsinə sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, partiya rəhbəri ada xalqını əsarətdə saxlayan Parisi “utanmaz” adlandırıb.

“Kaledoniya xaosa qərq olub. Kipr məsələsində Türkiyəyə barmaq silkələyən Avropa Birliyi ölkələrinin Fransadan Kaledoniyada nə etdiyini soruşa bilməmələri Qərbin riyakarlığından başqa bir şey deyil. Fransanın Kaledoniyadakı hadisələrə görə Türkiyəni ittiham etməsi utanmazlıqdır”, - Baxçalı vurğulayıb.

Qeyd edək ki, Fransa Yeni Kaledoniyada baş verənlərdən qaynaqlanan bu əsasssız ittihamı təkcə Türkiyə yox, Azərbaycana da yönəldib. Təxribatçı ittihama rəsmi Bakının cavabı sərt olub.




Ana səhifəyə qayıt        Baxış: 5 013          Tarix: 21-05-2024, 18:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma