Xəbər lenti

Mayın 19-da helikopter qəzası nəticəsində həlak olmuş İran Prezidenti İbrahim Rəisinin nəşi Cənubi Xorasan əyalətinin əhalisi ilə vida mərasimindən sonra doğulduğu Məşhəd şəhərinə aparılıb.

Mərhum dövlət başçısı İmam Rza ziyarətgahında dəfn olunacaq.

Bununla əlaqədar yerli mediada kadrlar yayılıb.

Xatırladaq ki, İran prezidenti, eləcə də Xarici İşlər Nazirliyinin rəhbəri və digər rəsmi şəxslər mayın 19-da helikopter qəzasında həlak olublar. Onlarla vida mərasimləri əvvəllər Tehran, Qum və Təbriz şəhərlərində keçirilib.

Mənbə: Donya-e-eqtesad.com




Ana səhifəyə qayıt        Baxış: 4 070          Tarix: 23-05-2024, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma