Xəbər lenti

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyevin istefa verdiyi bildirilir.

Bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub.

Naxçıvanın Mərkəzi Seçki Komissiyasından TNS-in bu barədə sualına cavab verməyiblər. MSK-nın saytında göstərilən telefon nömrəsinə cavab verən şəxs sualı cavablandırmaqdan imtina edib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçirildiyi ərəfədə Mərkəzi Seçki Komissiyası sədrinin istefası ciddi suallar yaradır.

Məlumata görə, MSK-nın sədr müavini də işdən çıxmaq üçün ərizə yazıb.

Naxçıvanda nə baş verir?




Ana səhifəyə qayıt        Baxış: 3 265          Tarix: 25-07-2024, 13:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma