Rusiya bu yaxınlarda Şimali Koreyadan yeni ballistik raketlər alıb.
Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Nəşr yazır ki, Rusiya bu yaxınlarda Şimali Koreyadan “Hwasong-11” ballistik raketlərini alıb.
"Conflict Armament Research" şirkətinin tədqiqatçıları 3 sentyabr 2024-cü ildə Kiyevdə dörd raketin (KN-23) qalıqlarını araşdırıblar.
Məlumata görə, 2024-cü il avqustun 18-də Kiyevə hücumda istifadə edilən “Hwasong-11” raketinin üzərində onun 2024-cü ildə istehsal edildiyini göstərən işarələr olub.
İyul və avqust aylarında həyata keçirilən hücumlarda istifadə edilən digər üç raketin istehsal tarixi isə göstərilməyib.
Qeyd edək ki, “Hwasong-11” in uçuş məsafəsi 690 km-dir.
Məlumata görə, Şimali Koreya sanksiyalara məhəl qoymayaraq, Rusiyanı qabaqcıl qısa mənzilli ballistik raketlərlə təchiz etməyə davam edir.
Tədqiqatçılar araşdırmanın nəticələrini çərşənbə günü hesabatda dərc ediblər.
Yanvarın əvvəlində Ağ Ev Şimali Koreyanı Rusiyaya ballistik raketlər tədarük etməkdə ittiham edib, lakin sonrakı tədarüklər barədə əvvəllər məlumat verilməyib.
ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (The Center for Strategic and International Studies – CSIS) təhlilinə əsasən, “Hwasong-11” raketi vizual olaraq Rusiyanın “İskəndər” qısa mənzilli ballistik raketinə bənzəyir və xarici yardımla hazırlanıb.
Avqustun 6-da Ukraynaya hücumda istifadə edilən Şimali Koreyanın “Hwasong-11” qısa mənzilli ballistik raketinin qalıqları:
Paylaş: