Xəbər lenti

Slovakiyanın baş naziri Robert Fiko yaxın həftələrdə və ya aylarda ona qarşı növbəti hücumun baş verə biləcəyindən ehtiyat edir.

Musavat.com xəbər verir ki, bu barədə o, "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramına müsahibəsində bildirib:

"Qarşıdakı həftələrdə və ya aylarda oxşar hücumun baş verə biləcəyindən qorxuram. Amma bizi qorxutmaq olmaz".

Slovak siyasətçi qeyd edib ki, Avropada çoxları onun nisbətən yaxşı vəziyyətdə real siyasi həyata qayıtmasından məyus olurlar.

Onun sözlərinə görə, Slovakiyada həyəcanlı atmosfer formalaşıb: 

"Müxalifət bizi mafiya, qatil və Putinin agentləri kimi qələmə vermək üçün vəziyyəti şişirir.

Mən inanıram və əminəm ki, tezliklə sağlam düşüncə qalib gələcək. Biz bu gün Ukraynada baş verən hərbi münaqişəyə başqa cür baxacağıq. Bilirsiniz ki, bu münaqişə ilə bağlı fikri olanlardan biri də mənəm".

İqbal RZAYEV,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 2 859          Tarix: 30-10-2024, 14:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma