
ABŞ Müdafiə Nazirliyi nəhəng silah istehsalçısı olan "RTX Corporation"un (əvvəlki adı - "Raytheon Technologies") törəmə şirkəti olan "Raytheon" ilə Ukrayna və bir sıra digər ölkələrə 3.5 milyard dollara qədər məbləğdə AMRAAM "hava-hava" tipli aviasiya raketlərinin ("Advanced Medium-range Air-to-Air Missile") tədarükü üzrə müqavilə imzalayıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə qurumun press-relizində məlumat verilib.
Pentaqon bildirib ki, müqavilədə AMRAAM raketlərinin, telemetrik sistemlərinin, ilkin və sahə ehtiyat hissələrinin istehsalı, eləcə də istehsala texniki dəstək üzrə digər fəaliyyətlər nəzərdə tutulub.
Texnikanın istehsalının 2031-ci ilin üçüncü rübündə başa çatdırılması gözlənilir. Tədarüklər Danimarka, Belçika, Yaponiya, Niderland, Kanada, Finlandiya, Almaniya, Macarıstan, İspaniya, Polşa, İsveç, Tayvan, Litva, Böyük Britaniya, Avstraliya, İsveçrə, İsrail və Küveytə həyata keçiriləcək.
Paylaş: