Xəbər lenti

"Balıkesirdə zəlzələ nəticəsində 10 bina zərər görüb".

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Sındırqı bələdiyyə başçısı Serkan Sak deyib.

"Bölgəmizdə 10 binada dağıntı baş verib. Uçmuş binalarda 6 nəfər yaşayırdı. Onlardan 4-nü xilas etmişik, digər ikisini isə xilas etmək üçün çalışırıq", - o bildirib.

Balıkəsirdə baş verən zəlzələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabından açıqlama verib və bildirib ki, bütün əlaqədar qurumlar hadisə ilə bağlı hərəkətə keçib, lazımi addımlar atılır.




Ana səhifəyə qayıt        Baxış: 2 217          Tarix: Dünən, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma