Xəbər lenti

Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampdan üzr istədiyini təsdiqləyib.

Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, baş nazir saxta antitarif reklam kampaniyası zamanı sabiq ABŞ prezidenti Ronald Reyqanın çıxışından istifadə edildiyinə görə Trampdan üzr istəyib.

"Prezidentdən üzr istədim. Bu reklam onu incitmişdi", - deyə Karni vurğulayıb.

Karni, həmçinin qeyd edib ki, reklam efirə buraxılmazdan qabaq onu görməyib və Ontario əyalətinin baş naziri Duq Forddan onu yayımlamamağı xahiş edib.




Ana səhifəyə qayıt        Baxış: 3 354          Tarix: Bu gün, 16:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma