Türkiyənin Hacıtəpə Universitetinin tibb fakültəsinin müəllimi, alim Serkan Karaismayıloğlu sübut edib ki, qadınlar heç də kişilərdən çox danışmırmış.
Ovqat.com musavat.com-a istinadən bildirir ki, onun araşdırmasına görə, qadınlar gündə 16 min 215, kişilər isə 15 min 669 sözdən istifadə edir. Alim həmçinin söyləyib ki, beynin də cinsiyyəti var və bu, ana bətnində məruz qalınan testeronla ölçülür: "Kişilərin az danışdığını düşünən varsa, futbol proqramlarını izləsin. Qadınlarda eşitmə və nitq mərkəzləri daha yaxşı inkişaf edib. Kişilərin beyin quruluşu isə eşitməyə uyğun deyil. Belə ki, beynin sol yarımkürəsi daha detallıdır. Danışma, eşitmə və mühakimə solda daha geniş inkişaf edib. Kişidə solda inkişaf gecikdiyi üçün eşitmə məsələsi onlarda problemlidir. Xüsusən də hansısa işlə məşğul olanda sizi yaxşı eşitməyə bilər. Televizora baxanda nəsə desəniz, sizi eşitməyəcək.
Qadınlara məsləhətim: kişiyə nəsə demək istəyirsizsə, qabağında oturun, başını əlinizlə tutun və mümkünsə çox açıq-saçıq geyinməyin, sözünüzü deyin".
Paylaş: