Politoloq Elxan Şahinoğlu Ukraynada mükafata layiq görülüb.
Bu haqda o, Feysbuk səhifəsində məlumat yayıb. O bildirib ki, bu, politoloq kimi aldığı ilk mükafatıdır.
"Jurnalist fəaliyyətim boyunca çox sayda mükafat almışam. Ancaq politoloq kimi ilk dəfədir mükafat alıram. Bu gün Ukraynanın Müstəqillik Günü idi. Ukrayna hadisələrini mütəmadi işıqlandırdığıma və iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyim töhfəyə görə Ukrayna dövləti adından fəxri fərmanla mükafatlandırıldım. Sevincliyəm. Çünki təvazökarlıqdan uzaq olsa da, 4 ilə yaxındır Ukrayna mövzusunda çox çalışdım və indi də çalışıram. ”Maydan” hadisələrindən tutmuş Donbasın işğalına qədər proseslərin canlı şahidi oldum, separatizmin başlanğıc nöqtəsinə baş çəkdim, ukraynalı dostlarımı Ukrayna torpaqlarında ikinci Dağlıq Qarabağın yarandığına inandırmağa çalışdım, öncə inanmadılar, sonrakı proseslər çox təəssüf ki, proqnozumun doğru olduğunu göstərdi. Əlimdə o qədər material yığıldı ki, rus dilində ”Maydandan Maydana” kitabını yazdım. Bu istiqamətdəki fəaliyyətimi qiymətləndirdiyinə görə ikinci vətənim saydığım Ukrayna dövlətinə və şəxsən səfir Aleksandr Mişenkoya təşəkkür edirəm. Yola davam!" - E.Şahinoğlu qeyd edib.\Axar.az\
Paylaş: