Xəbər lenti

 Polşanın Jeşuv şəhərində start götürən Avropa çempionatında Azərbaycanın akrobatika millisi ilk medalını qazanıb. 

"Report"un məlumatına görə, Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük “yunior” komandalar arasında balans proqramı üzrə finala vəsiqə qazanıblar. Həlledici mərhələdə yalnız bir cütlüyün iştirakı mümkün olduğundan, bu vəzifəni Rəhimov - Cabbarlı dueti icra edib. Onlar 27.900 xalla bürünc medala sahib olublar. 

Bu gün hər iki cütlük növbəti iki final mərhələsi üçün mübarizəyə qoşulacaq. Temp proqramında yarışacaq gimnastlar final mərhələsinə vəsiqə qazanan cütlükləri, həmçinin iki proqram üzrə (balans və temp) xalların cəmindən asılı olaraq, çoxnövçülükdə də finalçıları müəyyənləşdirəcəklər. 




Ana səhifəyə qayıt        Baxış: 722          Tarix: 20-10-2017, 10:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma