Xəbər lenti

"Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkofla görüşü konstruktiv, faydalı və məzmunlu olub".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

"Söhbət çox faydalı, konstruktiv və məzmunlu idi. Kreml görüşündə Ukraynada sülh planı üçün bir neçə variant müzakirə olunub. Ukrayna üçün hələlik heç bir kompromis planı yoxdur. Sülh planı üzrə onun mahiyyəti, həmçinin, ərazi məsələsi danışılıb. Bununla yanaşı, tərəflər Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq perspektivlərini də müzakirə ediblər", - deyə Uşakov qeyd edib.

O vurğulayıb ki, Putin və Tramp arasında görüşün mümkünlüyü köməkçilərin və xarici işlər nazirliklərinin işindən asılıdır.




Ana səhifəyə qayıt        Baxış: 29          Tarix: Bu gün, 09:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma