Çinin futbol üzrə I divizionunda mübarizə aparan "Baodin İnli İtun" klubunun prezidenti Menq Yunqli ölkə çempionatının XVI turunda "Uxan" komandası ilə ev oyunundan sonra təşkil edilən mətbuat konfransında hakimlərə əsəbiləşdiyi üçün ağlayıb.
Ovqat.com goal.az-a istinadən xəbər verir ki, klub rəhbərinin göz yaşlarını saxlaya bilməməsinə səbəb baş hakimin oyunun əsas vaxtına 8 dəqiqə əlavə etməsi və 90+7-ci dəqiqədə "Baodin İnli İtun"in qapısına penalti təyin etməsi olub. Qonaqlar məhz 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək, məğlubiyyətdən qurtulublar (2:2).
M.Yun Li mətbuat konfansında ədalət təmsilçilərinin ünvanına sərt sözlər səsləndirməklə yanaşı, Çin Futbol Federasiyasını çempionatı tərk edəcəkləri ilə hədələyib. Lakin ertəsi gün o, istefa ərizəsi yazıb. "Baodin İnli İtun" 16 komandanın mübarizə apardığı ölkə çempionatında 10 xalla sonuncu pillədə qərarlaşıb.
Paylaş: