Xəbər lenti

 

Qanalı polis futbol üzrə milli komandanın şərəfini qoruyacaq.

Ovqat.com axşam.az-a istinadən bildirir ki, söhbət 26 yaşlı Samuel Safrodan gedir. O, bir müddət millidə mühafizəçi kimi çalışıb. Safro iyulun əvvlində ABŞ-la oyunun 81-ci dəqiqəsində meydana da çıxıb. Komandası uduzsa da, Samuel xoşbəxtdir.

"Millidəki futbolçuların əksəriyyəti mənim uşaqlıq dostlarımdır. Onlar həmişə mənə dəstək olublar. Xüsusilə komandanın kapitanı Asamoah Qyan. Amerika ilə oyundan sonra Qyan mənə dedi ki, oynamağa davam etməliyəm. Mən də elə məşq və oyunlarla məşğul olmağa hazırlaşıram" - Safro qeyd edib.

Onun qeyri-rəsmi debüt matçı isə Efiopiya ilə matça təsadüf edib.




Ana səhifəyə qayıt        Baxış: 470          Tarix: 7-07-2017, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma