Xəbər lenti

 

Yeni mövsümdən "Milan"ın qapı xəttində iki qardaşın rəqabəti olacaq.

Ovqat.com apasport.az-a istinadən xəbər verir ki, "rossonyerlər" yeni müqavilə imzaladıqları Canluici Donnarummanın böyük qardaşı Antonio Donnarummanı transfer ediblər.

Məhz Canluici yeni sazişə qol çəkərkən anlaşmaya qardaşının alınması bəndini saldırıb. Bundan sonra hərəkətə keçən İtaliya klubu 27 yaşlı Antonionu "Asteras"dan transfer edib. Yenidən onu yetişdirən kluba dönən Antonio Donnarumma 4 illik müqavilə imzalayıb. Maraqlıdı ki, Canluicinin illik məvacibi 6 milyon avro olacaqsa, Antonionun maaşı 1 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Antonio Donnarumma 2009-2012-ci illərdə "Milan"ın əsas komandasında olsa da, heç bir rəsmi matçda meydana çıxmayıb.




Ana səhifəyə qayıt        Baxış: 743          Tarix: 12-07-2017, 23:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma