Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Ovqat.com-un məlumatına görə, ilk oyun gününün yeganə qarşılaşmasında Azərbaycançempionu "Qarabağ" meydana çıxacaq.
Ağdam təmsilçisi səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Bakıda keçirilən matçda qolsuz heç-heçə qeydə alındığından hər iki komandanın mərhələ keçmək şansı var.
Qeyd edək ki, “Qarabağ” mərhələni keçəcəyi təqdirdə Azərbaycan futbolunda yeni tarix yazacaq. Çünki indiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməyib. Qurban Qurbanovun komandası isə son üç mövsümdə “Zalsburq”, “Seltik” və “Viktoriya” səddində ilişib.
1 avqust
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)
İlk oyun – 0:0
Baş hakim: Roy Reynşreyber
Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
Tiraspol. “Şerif” stadionu /Metbuat.az/
Paylaş: