Xəbər lenti

 

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilir.

Ovqat.com xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da mərhələnin ilk oyununa çıxacaq. Ağdam təmsilçisi öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edəcək. 

Qurban Qurbanovun komandası buna qədər ÇL-də 3-cü təsnifat mərhələsini keçə bilməyib. Bu dəfə isə “Qarabağ”ın Azərbaycanda növbəti ilkə imza atmaq üçün yaxşı şansı var.

Qeyd edək ki, “Qarabağ” 2-ci təsnifat mərhələsində “Samtredia”nı (Gürcüstan), “Şerif” isə Albaniyanın “Kukesi” klubunu mübarizədən kənarlaşdırıb.

25 iyul

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, ilk oyun

21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

Baş hakim: Sergey Sinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanav, Vitali Malyutsin (hər ikisi Belarus)

Dördüncü hakim: Viktor Şimusik (Belarus)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu /Metbuat.az/




Ana səhifəyə qayıt        Baxış: 788          Tarix: 25-07-2017, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma