Xəbər lenti

 

21:42

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

11 iyul

"Qarabağ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan) - 2:0

Qollar: Əfran İsmayılov, 10 (pen.), Dino Ndlovu, 37

21:22

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

11 iyul

"Qarabağ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan) - 1:0

Qol: Əfran İsmayılov, 10 (pen.)

21:00

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

11 iyul

"Qarabağ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan) - 0:0

20:39

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

11 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan)

Baş hakim: Mete Kalkavan

Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik

Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)

UEFA nümayəndəsi: Qrehem Hover (İngiltərə)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

"Qarabağ": 13. İbrahim Şehiç (q), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski (q), 7. Rahid Əmirquliyev, 17. Donald Gerryer, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 52. Yakub Jejniçak

Baş məşqçi: Qurban Qurbanov

"Samtredia": 12. Omar Migineşvili (q), 3. Laşa Kasradze, 4. Nika Sandoxadze, 6. Culi Mancqaladze, 7. Davit Razamaşvili, 8. Teymuraz Markozaşvili, 10. Nikolozi Sabandze, 22. Giorgi Mçedlişvili, 24. Bakar Balde, 26. Giorgi Datunaşvili, 77. Quram Samuşia

Ehtiyat oyunçular: 30. İlya Sturua, 2. David Mtvilişvili, 11. Giorgi Beriaşvili, 14. Davit Jikia, 17. Akaki Ninua, 18. Jemal Qoqiaşvili, 21. Giqla Burkadze

Baş məşqçi: Gia Tsetsadze

19:08

"Qarabağ" bu gün yeni avrokubok mövsümünə start verəcək.

Ovqat.com apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxacaq.

Qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayacaq Ağdam təmsilçisi "Samtredia" ilə üz-üzə gələcək. Gürcüstan çempionu ilə ilk qarşılaşma Bakıda baş tutacaq.

Təmsilçimiz evdə keçirəcəyi ilk oyunda gələn həftə baş tutacaq cavab qarşılaşması üçün sərfəli nəticə əldə etməyə iddialıdı. Ardıcıl 3 dəfə Avropa Liqasının qrupunda çıxış etmiş "Qarabağ" bu dəfə hədəfini daha da böyüdüb. Komanda nüfuzlu Çempionlar Liqasında eyni uğuru təkrarlamaq niyyətindədi. Bu yolda ilk səddi adlamaq üçün "Samtredia" mübarizədən kənarlaşdırılmalıdı.

Son üç mövsümdə Çempionlar Liqasına uğurlu start götürən ağdamlıların bu dəfə necə çıxış edəcəyi maraqla gözlənilir. "Valletta", "Rudar" və "Düdelanj"la görüşlərdə mərhələni məğlubiyyətsiz keçən çempionumuz qonşu ölkə təmsilçisi qarşısında da favoritdi.

Qarşılaşma "Qarabağ"ın avrokuboklardakı ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

11 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan)

Baş hakim: Mete Kalkavan

Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik

Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)

UEFA nümayəndəsi: Qrehem Hover (İngiltərə)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu




Ana səhifəyə qayıt        Baxış: 994          Tarix: 11-07-2017, 21:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma