Xəbər lenti

 

Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı hazırda iki variant təklif edilir".

Bunu "Report"a İslam İnkişafı Bankı Qrupunun Azərbaycandakı nümayəndəsi Tamerlan Tağıyev bildirib.

O vurğulayıb ki, İslam İnkişafı Bankı ölkədə İslam bankçılığının tətbiqi ilə əlaqədar hökümətə 2017-ci ildə 200 min dollarlıq qrant ayırıb: "Hesab edirik ki, layihə davamlı ola bilər. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi layihədə icraçı qurumdur. Layihə ilə bağlı bu günədək müəyyən işlər görülüb. "IFAAS və EKVITA" konsorsiumu cəlb edilib. Konsorsiumun məqsədi yerli qanunvericiliyi öyrənmək və gələcəkdə müvafiq tövsiyələr təklif etməkdir. Ümumiyyətlə, iki variant təklif edilir - İslam bankçılığın ölkədə tətbiqi ilə bağlı ayrıca qanunvericiliyin hazırlanması, yaxud da mövcud qanunvericiliyə müəyyən dəyişikliklər edilməklə İslam bankçılığının əsəs məhsullarını təqdim etmək üçün imkan yaradılması təklif edilir. Bu isə ölkədə fəaliyyət göstərən bankların tərkibində İslam bankçılığının pəncərələrinin açılması ilə mümkün olur".

"Konsorsium müəyyən təkliflərini bu il ərzində verməsi gözlənilir", - deyə İslam İnkişafı Bankı Qrupunun Azərbaycandakı nümayəndəsi bildirib.

T.Tağıyev qeyd edib ki, İslam bankçılığı alternativ maliyyə mexanizmlərinin tətbiq edilməsi üçün lazımlı mexanizmdir: "İslam bankçılığı faizsiz, dəyərsiz fəaliyyət demək deyil, bu həm ziyana, həm qazanca ortaqlıq prinsiplərindən irəli gəlir".




Ana səhifəyə qayıt        Baxış: 316          Tarix: 3-10-2019, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma