Xəbər lenti

Riyadda rəsmən Səudiyyə Ərəbistanı başda olmaqla hərbi koalisiya elan edilib.

Koalisiyaya Pakistanın keçmiş ordu komandanı Rahil Şərif rəhbərlik edir. İslam ölkələri koalisiyası bu gün müdafiə nazirlərinin ilk yığıncağını keçirib. Səudiyyə Ərəbistanının həm də müdafiə naziri olan şahzadəsi Məhəmməd İbn Salman anti-terror koalisiyanın iclasını keçirib. Əsasən sünnilər olmaqla, 41 ölkənin qoşulduğu koalisiyanın rəsmi bəyanatında bildirilib ki, üzv ölkələr qlobal terrorim və zorakı ekstremizmlə mübarizədə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.

«Görüş koalisiyanın işinin rəsmi başlanğıcına və üzv ölkələr arasında əməkdaşlığı möhkəmləndirilməsinə təməl qoydu» – deyə sənəddə bildirilir. Şərif görüş iştirakçılarına müraciətində bildirib ki, koalisiya anti-terror əməliyyatları və üzv ölkələrin kəşfiyyat məlumatlarının mübadiləsi yolu ilə terrorizm əleyhinə mübarizəyə platforma olacaq. Koalisiyanın tətbiqi Pakistanda diqqət mərkəzindədir. Pakistanlı skeptiklər koalisyanın işinə qruplaşma kimi şübhə ilə baxır və bunu İran, Suriya və İraq kimi şiə ölkələrə qarşı koalisiya hesab edir.

Qurumun tərəfdarlı bunu müsəlmanların NATO-su adlandırıb.




Ana səhifəyə qayıt        Baxış: 758          Tarix: 27-11-2017, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma