Kolumbiya Səfirliyi, Azərbaycandakı bütün biznes birliklərini, Procolombia tərəfindən təşkil edilən və müxtəlif sektorlardan 300-dən çox sahibkarları bir araya gətirən "Kolumbiya Şanxayda" adlı biznes-forumunda iştirak etməyə dəvət edib.
"Report"a səfirlikdən verilən məlumata görə, noyabrın 12-15 tarixlərində Çində keçiriləcək bu forumda Kolumbiyanın müxtəlif bölgələrindən ixracatçı şirkətlər də təmsil olunacaq.
Məlumatda bildirilir ki, "Şanxayda Kolumbiya" adlı biznes-forumu fərgli sektorlardan olan şirkətlərə, müxtəlif sahələrdən olan məhsulları özündə cəmləşdirən tədbirdə iştirak etmək üçün geniş imkan yaradır. Foruma aqrobiznesdən geyim və aksesuarlara qədər bir neçə sənaye kateqoriyası daxildir. Bu forumda meyvə, ət, kakao, qəhvə, şokolad (və törəmələr) məhsulları ilə fərqlənəcək kənd təsərrüfatı sənayesinə xüsusi diqqət ayrılacaqdır.
Eyni zamanda, biznes-forum dərman preparatları ilə maraqlananlara, kimyəvi maddələr və tibbi-bioloji elmlər ilə tanış olmaq, burada nutrasetik, müalicəvi və kimyəvi maddələr (qida sənayesi) kimi məhsulları tapa biləcəkləri üçün geniş imkanlar açır.
"Bu forum metal-mexaniki və mebel sənayesi ilə maraqlanan müəssisələr üçün texnika (alətlər, kənd təsərrüfatı texnikası), mebel və avadanlıq (ev mebeli və dizayn) məhsulları ilə tanış olmaq üçün əsas platformadır. Forumda aksesuar və zərgərlik ilə məşğul olan şirkətlər üçün də bir bölmə ayrılacaq ki, burada çox sayda müxtəlif qiymətli lüks əşyalar və aksesuarlar təqdim olunacaq", - məlumatda deyilir.
Bununla yanaşı, forum boyunca müxtəlif seminarlar keçiriləcəkdir. Bu seminarlarda "E-commerce Panel Alibaba", "E-commerce Digiant Global Beijing Co", "2open the China E-commerce", "LANCEEC" və s. kimi mövzular əhatə olunacaqdır. Ən vacib mövzulardan biri də xarici şirkətlərin Çində biznes qurmaq imkanları haqqında geniş məlumat veriləcəyi "Çində Biznesin Açılışı və Biznes Qeydiyyatı" olacaqdır. Qarşılanacaq digər mövzu Asiya və Kolumbiya arasındakı logistika ilə bağlı olacaq.
Paylaş: