
BFB-dən Axar.az-a bildiriblər ki, bu qərar QSC səhmdarlarının iyunun 14-də keçirilmiş növbəti illik ümumi yığıncağında təsdiqlənib.
Yığıncaqda QSC-nin 2016-ci il üzrə illik hesabatının (maliyyə hesabatları və idarəetmə hesabatı) təsdiq edilməsi və BFB-nin yeni sədrinin təsdiqi məsələsi müzakirə edilib. QSC-nin 2016-cı il üzrə yekun illik hesabatı (maliyyə və idarəetmə hesabatları) müzakirə olunaraq təsdiqlənib.
Qeyd edək ki, Bakı Fond Birjası 2001-ci ildən etibarən FEAS-ın üzvü olub. Təşkilatda baş verən son tendensiyalar federasiyanın gələcək fəaliyyət perspektivlərini ciddi məhdudlaşdırır, dayanıqlılığını şübhə altına alır, təşkilatın beynəlxalq, o cümlədən regional nüfuzunu və strateji əhəmiyyətini kəskin azaldır. BFB və İstanbul Fond Birjası da daxil olmaqla təşkilatı artıq 7 üzv tərk edib.
Paylaş: