Xəbər lenti

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə 733,318 mln. manatdan artıq kompensasiya ödənilib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Fond tərəfindən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43,218 mln. manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58,229 mln. manat (80%), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27,771 mln. manat (99,9%) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3,087 mln. manatdan (98,7%) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 132,305 mln. manatdan artıq kompensasiya ödənilib.

"Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14,35 mln. manat (98,2%), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2,004 mln. manatdan (96%) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16,354 mln. manatdan artıq kompensasiya ödənişi edilib.

“Bank Standard”ın qorunan əmanətçilərinə 437,346 mln. manatdan artıq kompensasiya verilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,1%-i əmanətçilərə ödənilib.

“United Credit Bank” ASC-nin qorunan əmanətçilərinə 1,743 mln. manatdan artıq kompensasiya (83%) ödənilib. 

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət yanvarın 27-də başa çatıb və bu tarixədək Bankın qorunan əmanətçilərinə 24,161 mln. manat (97%) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət fevralın 4-də başa çatıb və bu tarixədək “Gəncəbank”ın qorunan əmanətçilərinə 976,44 min manat (94%) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət fevralın 12-də başa çatıb və həmin vaxta kimi Bankın qorunan əmanətçilərinə 120,433  mln. manatdan artıq (98,2%) kompensasiya verilib.

 




Ana səhifəyə qayıt        Baxış: 654          Tarix: 26-05-2017, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma