Xəbər lenti

Bu gün beynəlxalq birjalarda ABŞ dollarının bir qədər də bahalaşması qeydə alınıb.

Sfera.az xəbər verir ki, Dollar İndeksi son 5 ildə ilk dəfə olaraq 101 həddini ötüb. Hazırda indeks 101,5 səviyyəsindədir.

Dolların bahalaşması ABŞ mərkəzi bankının uçot dərəcəsini yenidən artırması gözləntisi ilə bağlıdır. Bu ehtimal nəzərə alınaraq indeks yüksəlir.

Dolların bahalaşması avro ilə olan məzənnədə də müşahidə olunur. Bir il əvvəl 1,2 dollara dəyişdirilən avronun hazırda məzənnə dəyəri 1,075 dollardır.

ABŞ valyutasının bahalaşması manatın da məzənnə dəyərini möhkəmləndirir. Artıq Azərbaycanda avro 1,85 həddinə qədər geriləyib. Halbuki, bir il əvvəl avro manat kursu 2 manatdan yüksək idi.



Ana səhifəyə qayıt        Baxış: 3 671          Tarix: 25-04-2022, 15:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma