Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ABŞ-la Ermənistanın strateji dialoqa başlamaq niyyətinə diqqət çəkib. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, Ermənistan və ABŞ xarici siyasət idarələri rəhbərlərinin birgə bəyanatında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə istiqamətlər belə sıralanır: demokratik islahatların davam etdirilməsi və qarşılıqlı çiçəklənməyə yardım; təhlükəsizliyə, sülhə və regional münaqişələrin nizamlanmasına yol; nəzərəçarpacaq nəticələrə cəhd.
Siyasətçi qeyd edir ki, Nikol Paşinyanın baş nazir olduğu son 4 ildə Ermənistan Avropa İttifaqı və ABŞ-la sıx yaxınlaşma kursu aparır: “Azərbaycan isə guya müstəqil siyasət yeridən İlham Əliyevin hakimiyyətdə olduğu 19 ilə yaxın müddətdə Rusiyanın qorxusundan Avropa İttifaqı ilə strateji əməkdaşlıq memorandumu belə imzalaya bilmir, baxmayaraq ki, Azərbaycan Avropa İttifaqı üçün çox vacib tərəfdaşdır. Xarici siyasəti “uğurlu” olan hakimiyyət 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatla rus qoşunlarını Qarabağa buraxaraq, 22 fevral 2022-ci ildə Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayaraq ölkəni Rusiyanın əsarətində saxladı. Rusiyanın əyaləti kimi idarə olunan Azərbaycanda hakimiyyət ən vacib məsələlərlə bağlı təlimatları Kremldən alır.
Rusiyanın qanı-qanından, dini-dinindən olan Ukraynaya təcavüzü göstərdi ki, bu ölkə ilə eyni mövqeni bölüşmək təhlükəlidir. Odur ki, Azərbaycan hakimiyyəti xarici siyasətdəki yanlışlıqları düzəltməli və strateji kursu düzgün müəyyənləşdirməlidir. Bu kurs Türkiyə ilə ikitərəfli strateji müttəfiqliyi inkişaf etdirməklə Avroatlantik məkana inteqrasıyadan keçir. Yalnız bu yol Azərbaycanı rifah və təhlükəsizliyə apara bilər.
Azərbaycan Avropa İttifaqının enerji təminatında və ABŞ-ın təhlükəsizlik proqramlarında iştirak edir, amma yenə də onlar strateji əməkdaşlığı Ermənistanla edirlər. Bunun səbəbini yalnız qarşı tərəfdə deyil, həm də Azərbaycan hakimiyyətinin xarakterində və idarəçiliyində axtarmaq lazımdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar