Azərbaycanda dəniz nəqliyyatı ilə 2022-ci ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 4280,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 32,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 40,8%-i neft yükləri təşkil edib.
“Dəniz limanları tərəfindən 6603,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 6146,1 min tonunu və ya 93,1 faizin%-i tranzit yüklər təşkil edib. 2022-ci il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 249,3 min ton olub", - məlumatda qeyd olunur.
Məlumata görə, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 48,1% artaraq 12 min nəfər olub.
Paylaş: