Bu gün ölkənin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata kecirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında ciddi nəticələr əldə etəməyə səbəb olub. Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılıq da həm kənd insanlarının məşğulluq, həm də ixracat potensialına görə yüksək nəticələri ilə seçilir.
Bu inkişafa əsaslı şəkildə nail olmaq ücün Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında pambıqçılığın inkişafın dair 2017 -2022 ci illər ücün Dövlət Proqramı qəbul edilmişdir.
Dövlət proqramının məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdrılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsindən və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir. Bu istiqamətdə fəaliyyət göstərən ən məhsuldar şirkətlərdən bəlkə də birincisi Türkiyənin məşhur «Docotton» şirkətidir.
«Docoton» şirkəti Azərbaycan pambıqının dünya bazarında tanınması və layiqli yer tutması üçün 2007- 2008 ci illərdən ölkəmizdə səmərəli fəaliyyət göstərir. «Docotton» şirkətinin dünya markaları ilə cox ciddi əlaqələri var və artıq bir cox markalar keyfiyyətli Azərbaycan pambığının alıcıları sırasındadır .
Dünyadakı iqtisadi böhrana və qiymət dalğalanmalarına baxmayaraq, «Docotton» şirkəti yenə də Azərbaycan pambıgının ilk alıcıları sırasındadır. Bu günlərdə "Docotton" şirkəti P-Agro şirkəti ilə 2000 ton pambığın satışı ücün müqavilə bağlayıb. İndiki vəziyyətdə bu Azərbaycan pambıqçılığı ücün ciddi dəstəkdir .
Hal hazırda dünya bazarında pambığa tələbat oldugu kimi ciddi rəqabət də mövcuddur.
Cin (25%), Hindistan (24,6%) və ABŞ (13,4 %) dünyada ən cox pambıq istehsal edən ölkələrdir. Dünya üzrə pambıq istehsalının 63 faizi məhz bu üc dövlətin payına düşür. Pakistan 8,8% pambıq istehsalına görə 4-cü sırada qərarlaşıb .
Etiraf edək ki , belə bir ciddi rəqabət şəraitində Azərbaycan pambığını dünya markalarına tanıtmaq, satışını təşkil etmək böyük əmək, zəhmət və risq tələb edir. Bəlkə də bu inad və calışqanlığın sirri «Docotton» şirkətinin sahibi Mehmet Doğan bəyin Azərbaycana can könüldən bağlı olmasındadır.
Paylaş: