Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Özbəkistanın Rusiya və Qazaxıstanla qaz ittifaqı yaratmaq ideyasından imtina etməsi ilə bağlı yayılan xəbərləri şərh edib.
Musavat.com xəbər verir ki, Kremlin sözçüsü həmin informasiyaları “prosesi siyasətlə suvamaq” cəhdi adlandırıb.
“Bütün bunlar koordinasiya tələb edir. Xəbərlərdə göstərildiyi kimi orada siyasi şərtlər yox idi, biz bu ideyanı ancaq 3 ölkənin kommersiya mənfəəti və maraqları baxımından irəli sürmüşdük”, - deyə Peskov bildirib.
O, Özbəkistan baş nazirinin müavininin sözlərinin təhrif olunduğunu, üstəlik xəbəri yayan “Reuters” agentliyinin bütün bu proseslərə siyasəti qarışdırmaq istədiyini iddia edib.
Dmitri Peskov Rusiyanın neft tankerlərinin Türkiyə sahillərində ilişib qalması ilə bağlı vəziyyətə də münasibət bildirib: “Şantajla məşğul olmaq axmaqlıqdır. Dünya enerji bazarlarında vəziyyət sabitləşir və Türkiyə də bundan asılıdır”.
Paylaş: