Xəbər lenti

“Qaz habının yaradılması planları da daxil olmaqla, Türkiyədə həyata keçirilən infrastruktur layihələri üçün ciddi təhlükə yoxdur”.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

"Zəlzələnin miqyası böyükdür və əlbəttə ki, bunun müəyyən fəsadları olacaq, lakin ümumilikdə, Rusiya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq ən yüksək səviyyədə təsdiq edilmiş və razılaşdırılmış planlara uyğun davam etdirilir. Nümayəndələrimiz tikinti sahəsindəki vəziyyətlə bağlı real vaxt rejimində məlumat verirlər”, - o deyib.




Ana səhifəyə qayıt        Baxış: 3 225          Tarix: 8-02-2023, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma