İsrail ötən il Rusiyadan araq idxalı üzrə dünya lideri olub.
Bu barədə aprelin 9-da BMT-nin “Comtrade” platformasının məlumatlarına əsasən xəbər yayılıb.
Bildirilib ki, İsrail tərəfindən idxal bir il əvvəlki 5,7 milyon dollardan 24,7 milyon dollara qədər artıb.
İkinci yeri Rusiyadan araq idxalını 43,4 milyon dollardan 7,5 milyon dollara qədər azaldan Almaniya tutur.
Üçüncü yerdə alışları təxminən yarıya endirən (13,2 milyondan 6,9 milyon dollaradək) Ermənistan qərarlaşıb.
Aİ ölkələri, ABŞ, Yaponiya və Kanada sanksiyalara görə araq idxalını məhdudlaşdırıb.
Rusiyadan araq idxal edən ölkələrin ilk onluğunda ABŞ (5 milyon dollardan bir qədər çox), Gürcüstan (3,9 milyon dollar), Azərbaycan (3,4 milyon dollar), Çexiya (3,3 milyon dollar), Bolqarıstan (2,5 milyon dollar) və Slovakiya (2,2 milyon dollar) da var.
Mənbə: eadaily.com
Paylaş: