Xəbər lenti

“Rusiyanın iştirakı olmadan “Taxıl Sazişi” istiqamətində aparılan hər hansı fəaliyyətdən söhbət gedə bilməz”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə News.ru jurnalistinin sualını cavablandırarkən deyib.

O vurğulayıb ki, taxıl sazişi məsələsi Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Türkiyənin XİN başçısı Hakan Fidanın avqustun 31-nə keçirilməsi gözlənilən danışıqlarda müzakirə mövzularından biri olacaq.

Rusiyalı diplomat qeyd edib ki, Qara dəniz təşəbbüsünü bərpa etmək üçün bütün tərəflər Moskvanın maraqlarını tam şəkildə nəzərə almalıdırlar.




Ana səhifəyə qayıt        Baxış: 3 464          Tarix: 30-08-2023, 17:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma