Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Naxçıvan Beynəlxalq Hava Limanında eniş edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfərə yola düşüb.


Bu barədə Türkiyə mətbuatı xəbər verir.


Qeyd olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutacaq görüşlərdə iki dövlət arasında münasibətlər, Qarabağdakı hazırkı vəziyyət başda olmaqla regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.


Azərbaycan və Türkiyə prezidentlərinin İğdır-Naxçıvan Təbii Qaz Xəttinin təməlqoyma mərasimində iştirakları və modernizə edilmiş Naxçıvan Hərbi Kompleksinin açılışının həyata keçirilməsi nəzərdə tutulub.


Mənbə: TRT Haber




Ana səhifəyə qayıt        Baxış: 3 945          Tarix: 25-09-2023, 14:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma