Xəbər lenti

  

Zeytun Budağı əməliyyatının 22-ci günündə indiyə qədərki ən ağır itkisini verən TSQ-nin bölgəyə çoxsaylı hərbi texnika və canlı qüvvə yeritdiyi xəbər verilir.

Ovqat.com-un Türk mətbuatına istinadən verdiyi məlumata görə, Hatay vilayətinə ölkənin müxtəlif yerlərindən ən azı 60 zirehli texnikadan ibarət maşın karvan göndərilib.

Göndərilən qüvvələr içərisində xüsusi təyinatlı hərbçilər də var.

Qeyd edək ki, dünən-fevralın 10-dakı döyüşlərdə 11 türk əsgəri şəhid olmuş, bir vertolyot vurulmuşdur.




Ana səhifəyə qayıt        Baxış: 790          Tarix: 11-02-2018, 01:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma