Xəbər lenti

 Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar “Azərbaycanca Vikipediya”da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sistemləşdirilmiş viki-təlimləri iştirakçıları tərəfindən AXC dövrünün əhəmiyyətli  şəxsləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar dəqiqləşdirilir, redaktə edilir və zənginləşdirilir.

Ovqat.com oxucularının diqqətinə Azərbaycanın tarixi şəxsiyyətlərindən olan Hacı Cabbar Kömək haqqında yaradılmış məqaləni təqdim edirik.

https://az.wikipedia.org/wiki/Hacı_Cabbar_Kömək

1869-cu ildə Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan Hacı Cabbar Kömək 1919-ci ildə Ərzurum konqresində Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgələrinin səlahiyyətli nümayəndəsi olub.

Hacı Cabbar Osmanlı dövlətinin Çanaqqala zəfərinə, daha sonra Türkiyənin ordu quruculuğuna verdiyi töhfələrə görə, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən "Kömək" ləqəbini alıb. 1925-ci ildə isə bu xidmətlərinə görə "İstiqlal “ medalı ilə təltif olunub.

M.K. Atatürk tərəfindən Ankarada yaşamaq təklif olunsa da, bundan imtina edərək Qarsa köçüb.

O, 1948-ci ildə Qarsda dünyasını dəyişib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 790          Tarix: 20-02-2018, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma