Xəbər lenti

 

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin qızı prenses Hassa bin Salmana Fransada 10 ay müddətinə şərti həbs cəzası verilib.

Ovqat.com xəbər verir ki, prenses Parisdəki evində təmir işləri aparan çilingəri öz cangüdəninə döydürməkdə ittiham olunur.

“Le Fiqaro” qəzetində yer alan xəbərə görə, Paris Cəza Məhkəməsi Hassa bin Salman bundan əlavə 10 min evro cərimə ödəməli olacaq.

Çilingəri döyən cangüdənə isə 8 ay şərti həbs və 5 min avro pul cəzası verilib.

 Hassa bin Salmanın vəkili Emmanuel Moyne mətbuata verdiyi açıqlamada, məhkəmənin qərarına etiraz edəcəklərini söyləyib.

 Çilingərin günahı isə cib telefonu ilə gizlicə iqamətgahı çəkmək olub. Bildirildiyinə görə, çilingəri “suç” üstündə yaxalayan Hassa bin Salman cangüdəninə "Bu iti öldürmək lazımdır, yaşamağı haqq etmir" əmrini verib. Cangüdən isə, yaxşı ki, əmri məcazi mənada həyata keçirib.  

10 ay şərti həbsin evdə keçiriləcəyini və 10 evronun Hassa bint Salman üçün tum pulu olduğunu nəzərə alsaq, aydın olur ki, Fransa məhkəməsi əslində şahzadəyə simvolik cəza kəsib. Yəni həm cəza vermiş kimi görünüb, həm də şahzadənin könlünə dəyməyib. Bu baxımdan məhkəmə qərarını bu cür qiymətləndirmək olar: Fransa məhkəməsi kralı da tanıyır, “kuralı” da.




Ana səhifəyə qayıt        Baxış: 414          Tarix: 13-09-2019, 07:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma