Xəbər lenti
Dünən, 19:25

  

Hər hansı təəccüb doğura biləcək məqama, yaxud təxribat xarakterli fakta rast gəlinməyib. Seçki gününün səhəri məlum olub ki, Azərbaycanda ölkəyə az qala müstəqillik qazandıqdan bu yana rəhbərlik edən siyasi partiya – Yeni Azərbaycan Partiyasının (YAP) hakimiyyəti davam edəcək. Partiyanın rəhbəri ölkə prezidenti İlham Əliyevdir. O, hakimiyyətə 2003-cü ildə o zamankı dövlət başçısı olan atası Heydər Əliyevin dünyasını dəyişməsindən sonra gəlib.

Azərbaycanda qanunvericiliklə bağlı müzakirələr olduqca mühim siyasi əhəmiyyət daşımağa başlamışdı. Çünki onlar prezident İlham Əliyev tərəfindən 2019-cu il ərzində həyata keçirilən islahatların pik dövrünə təsadüf edirdi.

  

Seçkilərin nəticələri

 

Bu Qafqaz ölkəsində parlament seçkisi qanunvericiliklə nəzərdə tutulduğundan bir neçə ay əvvəl keçirilib. 2019-cu ilin sonunda parlament özünü buraxmaq haqda qərar qəbul edib və onun qərarı ölkə başçısı tərəfindən təsdiqlənib. Lakin nəticə etibarilə, yeni parlamentin tərkibinin əvvəlkindən çox fərqləndiyini demək olmaz. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən elan olunmuş ilkin nəticələrə görə, Milli Məclisdəki 125 yerin təxminən 70-nə hakim Yeni Azərbaycan Partiyası sahib çıxıb. Bu, əvvəlki parlamentdəkindən o qədər də fərqlənmir. Bununla yanaşı, YAP parlamentdə səslərin 50%-dən çoxuna sahib çıxmasa belə, ölkədənin siyasi arenasında hökmranlıq etmək gücündə olan yeganə siyasi qüvvədir.

Yeni parlamentə xeyli müstəqil namizədlər də düşüb. Onların hakim partiyanın qərarlarına dəstək verməsi mümkündür. Digər siyasi partiyalar isə seçkidə çox cüzi səs toplayıb. Bununla yanaşı, bəzi siyasi partiyalar seçkini boyot edərək, ona qatılmayıb.

  

Azərbaycanın çətinlikləri

 

2000-ci illərdə Azərbaycan iqtisadiyyatı xüsusi inkişaf mərhələsi keçib. Bu, qonşu Gürcüstanda və digər bölgələrdə baş verən inqilabların Azərbaycandan yan keçməsini təmin edib. Bu inkişaf fonunda öz sektorunda aparıcı mövqeyə malik Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avropada belə, idman tədbirlərinə sponsorluq etməyə başlayıb. Beləliklə, neft və qaz satışından əldə olunan gəlir ölkədə həm iqtisadi, həm də siyasi sabitliyi təmin edib. Paytaxt Bakıda Formula 1 üzrə Avropa Qran prisi kimi böyük tədbirlərin təşkili isə dünya ictimaiyyətinin müasir Azərbaycanı tanımasına yardım edib.

Lakin Bakının öhdəsindən gəlməli olduğu bəzi çətinliklər hələ də qalmaqdadır. Buna əsas misal kimi, Dağlıq Qarabağ münaqişəsini və 2016-cı ildə baş vermiş qlobal iqtisadi böhranın nəticələrini göstərmək olar.

Prezident İlham Əliyev məhz mövcud problemləri aradan qaldırmaq məqsədilə 2019-cu ildə bir sıra islahatlar həyata keçirib. Parlamentin buraxılması bu islahatların piki hesab oluna bilər. Bundan başqa, Nazirlər Kabinetində də ciddi dəyişikliklərə gedilib – bəzi nazirliklər ləğv olunub, bəzilərinin bir sıra şöbələri digərlərinə birləşdirilib və s. Bəzi məmurlar isə “yaşları keçdiyi üçün” vəzifədən kənarlaşdırılıblar. Prezidentin apardığı bu islahatlarda məqsəd yaranmış durğunluğun aradan qaldırılmasıdır. O, parlamentin buraxılması qərarını da yenilənmiş qanunverici orqanın islahatlar planının sürətləndirilməsinə təkan verəcəyilə əsaslandırıb.

Qısası, hökumətin planlarını həyata keçirməsi üçün atılan bu addımların ölkənin siyasi və iqtisadi inkişafına töhfə verəcəyi gözlənilir.

Mauro İndelikato

InsideOver, İtaliya

12.02.2020 




Ana səhifəyə qayıt        Baxış: 805          Tarix: 12-02-2020, 23:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma