Xəbər lenti
Dünən, 19:25

 

Bu yaxınlarda televiziyada xəbər izləyirdim.Kanalın adı dəqiq yadımda deyil.Deməli jurnalist uşağı qucağında olan bir vətəndaşı saxlayır.Vətəndaş isə virusdan qorunmaq üçün heç maska da taxmayıb.Jurnalist vətəndaşdan  niyə epidemiyaya qarşı laqeyd olduğunu soruşur.Yadıma düşdü jurnalistin yanında polisdə var idi.Polis  jurnalistlə birlikdə vətəndaşı maarifləndirməyə çalışır.Vətəndaş təxmini bir dəqiqə dinləyir, cavabında isə  oldu deyir,uzaqlaşır.

Bəzi suallara cavab tapmaq istəyirəm.Bu qədər ehtiyatsız davranan biri polisi ciddən dinlədimi?.Dinləyən zaman həqiqətən maariflənməyə çalışdı yoxsa jurnalistin nitqini bitirməyini gözləyirdi?.Bir xeyli düşündüm, amma bu suallara cavab tapa bilmədim.Görəsən digər vətəndaşlarımız da bu qədər laqeyddir?İstənilən şəxs təkcə özünü təhlükəyə atmır.Laqeyd olmaq lazım deyil.Hər hansı səs yazısına yox dövlətin tabeliyində olan mənbələri dinləmək,dinlədikdən sonra əməl etmək çox vacibdir.Bu çətinliyə qalib gəlmək üçün birgə mübarizə aparmaq lazımdır.Şəxsi gigiyena qaydalarına diqqət yetirməliyik.Mümkün qədər səbrli olmalıyıq.Bu pandemiya bizə sağlamlığın nə dərəcədə vacib olduğunu bir daha göstərdi.Yazının sonunda hərkəsə səbr və sağlamlıq arzulayıram.

Müəllif:Məhəmmədəli Abaszadə




Ana səhifəyə qayıt        Baxış: 1 536          Tarix: 28-03-2020, 20:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma