Xəbər lenti


Koronavirusa yoluxanların sayı 1 milyon 15 min 466-a yüksəlib.

Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, xəstələrin 37 min 696-nın vəziyyəti ağır və ya kritikdir.

Ölənlərin sayı isə 53 min 190 nəfər olub. Sağalanların 212 min 229 nəfər olduğunu nəzərə alsaq və ölüm sayı ilə müqayisə etsək, koronavirusun öldürücülük gücünün dünən də dəyişmədiyi ortaya çıxar – 20%


Ötən gün koronavirusa ən çox qurban verən ölkə Fransa olub. O, 24 saatda 1355 ölümlə indiyədək qeydə alınan rekordu təzələyib. Bir sutkada ölüm faktına görə sonuncu rekord göstərici ABŞ-a aid idi – 1049 nəfər. Fransa dünən həmin rekordu 306 fərqlə geridə qoyub.

Dünən ABŞ 968 ölümlə Fransanı izləyib. İspaniya isə az fərqlə 3-cü olub – 961. Koronavirusa ən çox qurban verən İtaliyada ölüm hadisələrinin sayında artıq iki gündür azalma müşahidə olunur. Dünən bu ölkədə ölənlərin sayı 760 nəfər olub. Böyük Britaniya da koronavirus ölümlərinin getdikcə artdığı ölkələrdəndir. Ötən gün bu ölkə əsrin vəbasına 569 qurban verib. Dünən ümumilikdə dünya üzrə koronavirusdan 5 min 974 ölüm faktı qeydə alınıb ki, bu da indiyədək qeydə alınan ölümlərin 10%-dən artıqdır.

Azərbaycana gəlincə: "Azərbaycan Respublikasında 41 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdər. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Hazırkı dövrədək ölkəmizdə 400 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 369 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir" -Operativ Qərargah








Ana səhifəyə qayıt        Baxış: 2 830          Tarix: 3-04-2020, 07:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma