Xəbər lenti


İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı  tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub. Əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumatda qeyd edilir.

Məlumata görə, Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.









Ana səhifəyə qayıt        Baxış: 2 370          Tarix: 4-06-2020, 00:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma