Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
“Məni heç bir səbəb olmadan evimə həbs ediblər”
Ovqat.com-a bu sözləri Sədərək Ticarət Mərkəzinin icraçı direktoru Vaqif Hüseynli bildirib.
Onu evə həbs etdirən isə nə məhkəmə, nə də polis idarəsidir. Bəs kimdir? İnanmayacaqsınız, Leyla Şıxlinskaya Klinikası.
İcraçı direktorun sözlərinə görə, özü öz xoşuyla Leyla Şıxlinskaya klinikasına koronavirus testi üçün müraciət edib. Yoxlamalar nəticəsində klinika ona koronavirus yoluxucusu diaqnozu qoyub. Diaqnoza inanmayan icraçı direktor Referans adlı klinikaya yollanıb. Dediyinə görə, ölkənin ən dəqiq diaqnostika mərkəzi sayılan Referans klinikada verdiyi analizlər isə neqativ çıxıb.
Di gəl ki, Operativ Qərargahda Leyla Şıxlinskaya klinikasının diaqnozu əsas götürülərək Vaqif Hüseynlinin evdən çıxmasına izn verilmir. Beləcə, iş yerinə gedə bilməyən icraçı direktorun bütün iş fəaliyyəti alt-üst olub. Bunun Ticarət Mərkəzinə qarşı təxribat ola biləcəyindən şübhələnən şikayətçi saytımız vasitəsilə əlaqədar qurumlara səsli mesaj göndərib.
İcraçı direktorun səsyazısını təqdim edirik:
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar