Xəbər lenti


Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki terrorçu rejimin “xarici işlər naziri” Masis Mayilyan İrəvana çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda Mayilyanın İrəvanda Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşdüyü bildirilib.

Görüşdə işğal bölgəsindəki son durumun müzakirə olunduğu deyilib. Görüş haqda əlavə məlumat verilməyib.



Ana səhifəyə qayıt        Baxış: 2 645          Tarix: 31-07-2020, 21:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma