Xəbər lenti

Azərbaycanda toya görə daha 185 nəfər cərimələnib, 5263 nəfər şənliyə buraxılmayıb
Azərbaycanda toya görə daha 185 nəfər cərimələnib, 5263 nəfər şənliyə buraxılmayıb
İyulun 31-də və avqustun 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 640 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən "Report"a verilən məlumata görə, monitorinq 475 şadlıq sarayında, 165 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 185 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib. 5263 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.



Ana səhifəyə qayıt        Baxış: 3 222          Tarix: 2-08-2021, 10:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma