Xəbər lenti

 

 

İraq qüvvələri ilə peşmərgə arasında atəşkəs elan edilib.

Ovqat.com xəbər verir ki, məlumatı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri yazılı açıqlama şəklində yayıb.

Məlumata görə, atəşkəs rejimi bütün cəbhə xəttinə şamil olinacaq.

Koalisiya qüvvələrinin yaydığı bu məlumat, hələ ki, nə rəsmi Bağdad, nə də Ərbil tərəfindən təsdiqlənib. Əksinə, Şimali İraq Kürd Muxtariyyəti Peşmərgə Nazirliyinin sözçüsü Helgurd Hikmət onlara belə bir məlumat çatmadığını bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Şimali İraq Kürd Muxtariyyəti dialoqa başlamaq üçün referendumu dondurduğunu açıqlasa da, rəsmi Bağdad bu təklifi geri çevirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 1 033          Tarix: 27-10-2017, 18:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma