Xəbər lenti

  

Yəməndəki Husi silahlıları Səudiyyə Ərəbistanı kralının imarətgahına raket atıb.

Ovqat.com xəbər verir ki, rəsmi Riyad da faktı təsdiqləyib və raketi havada zərərsizləşdirdiklərini bildiriblər.

“Bloomberg”in Səudiyyə Ərəbistan müxbiri Vivian Nereim isə özünün Twitter hesabında paylaşdığı statusda Riyadın mərkəzində gurultulu partlama səsi eşitdiklərini xəbər verib: “Partlayış binamızı silkələyəcək qədər böyük idi. Hadisə barədə hələ ki heç bir rəsmi açıqlama verilməyib”.

Məlumata görə, hücumdan dərhal sonra Səudiyyə Ərəbistanı Hava qüvvələrinə aid qırıcı təyyarələr Yəmənə doğru uçub və Husi mövqelərini bombardıman edib.

Qeyd edək ki, iki gün öncə Səudiyyə Ərəbistanı rəsmiləri İranın bombalanmasını əks etdirən qurğu-film çarxı paylaşmışdılar. Bunu hərbi təhdid kimi qəbul edən İran yetkililəri bənzər qurğu-filmlə cavab vermişdilər. Husi hücumunun bu qarşılıqlı virtual savaşdan sonra gəlməsi İranın Səudiyyə krallığına real cavabı kimi qiymətləndirilir. Bununla sanki Tehran Riyada nə qədər yaxında olduğunu əyani şəkildə göstərmək istəyir.




Ana səhifəyə qayıt        Baxış: 1 561          Tarix: 19-12-2017, 19:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma