Dünya neft bazarında bu gün başlayan ucuzlaşma durmaq bilmir.
Ovqat.com-un bildirdiyinə görə, hazırda Brent markalı neft 61.05 dollara qədər ucuzlaşıb.
Bu, hardasa 6%-lik ucuzlaşma deməkdir ki, nadir hallarda yaşanır.
Ekspertlər ucuzlaşmanın səbəbini ABŞ-ın Milli Bankının (FED) dünən dolların faiz dərəcəsini azaltması ilə əlaqələndirirlər. Qeyd edək ki, FED son 11 ildə ilk dəfə dünən faiz dərəcəsini 2-2.5% aralığına endirmiş, bu da qlobal ticarət sahəsində ciddi təlatümlərə yol açmışdı.
ABŞ neft birjalarında WTI markalı neftin qiymətləri isə daha böyük sürətlə aşağı yuvarlanır. Hazırda 54.38 $-a qədər enən WTI gün ərzində 7%-dən çox ucuzlaşıb.
Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu il büdcəsində bir barrel neftin baza qiymətini 60 $-dan götürmüşdü. Hazırda Brent markalı neft bu kritik həddə yaxınlaşır.
Paylaş: