Xəbər lenti

  

ABŞ-ın Bağdaddakı səfirliyinə raket atılıb.

Ovqat.com xəbər verir ki, raket səfirliyin restoranına isabət edib.

Ölüm və dəyən maddi zərər barədə heç bir məlumat verilmir.

  Xatırladaq ki, Qasim Süleymani sui-qəsdindən sonra İraqdakı bir sıra ABŞ obyektləri tez-tez raket zərbələrinə məruz qalır. Haşdi Şabi birliklərinə aid olduqları düşünülən naməlum silahlılar tərəfindən seçilən əsas hədəflərindən biri də ABŞ səfirliyidir. Bağdadın “Yaşıl zona” deyilən və yüksək səviyyədə qorunan ərazisində yerləşən səfirlik binasına bundan əvvəl də raketlər atılmış, fəqət həmin raketlər binanın yaxınlarına düşmüşdü. Bu dəfə isə hədəfin dəqiq nişanlandığı ortadadır.

 

ABŞ səfirliyinin və hərbi obyektlərinin hədəfə alınması İraqı Amerikanlar üçün yaşanmaz hala gətirmək və onları ölkədən çıxmağa vadar etməkdi. Qeyd edək ki, İraq parlamenti də bu barədə qərar qəbul etmiş, ABŞ isə nə olursa olsun bölgəni tərk etməyəcəyini açıqlamışdı.

Cümə günü 1 milyondan artıq iraqlının qatıldığı aksiyada da etirazçılar ABŞ-ı öz xoşuyla ölkəni tərk etməyə çağırmışdılar. Sədr hərəkatının rəhbəri Müqtəda əs-Sədrin dilindən səsləndirilən tələbdə o da bildirilmişdi ki, əks halda Amerika əsgərlərinin zor gücünə çıxaracaqlar. Bugünki raket zərbəsinin bu mitinqdən sonra gəlməsi İran-ABŞ arasındakı gərginliyi daha da artırır.

 

O da mümkündür ki, ABŞ səfirliyinin vurulmasında İranın yox, əksinə, ona düşmən qüvvələrin barmağı var. Məqsəd iki dövləti bir-birinə düşürmək və İranın ABŞ tərəfindən cəzalandırılmasına nail olmaqdır.  




Ana səhifəyə qayıt        Baxış: 2 628          Tarix: 27-01-2020, 01:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma