“Xəzərin o biri başına quş köçləri bizdən keçirsə, istər-istəməz bizdəki quşlar da virusa yoluxa bilər”.
Ovqat.com xəbər verir ki, bunu baytar həkim Müşviq Aliyev Xəzərin cənub sahillərində kütləvi quş ölümlərini şərh edərkən bildirib.
Xatırladaq ki, İranın rəsmi informasiya agentliyi İRNA bir müddət əvvəl bu barədə məlumat yaymışdı.
Məlumata görə, İranın şimalında yerləşən Mazandar vilayətinin Miankaleh yarımadasında ən azı 6000 köçəri quşun cəsədi tapılıb.
Çinin Uhan vilayətində heyvan bazarından başlayan koronavirus, Avropanın və ABŞ-ın bir sıra bölgələrində təsbit olunan quş qripinin yayılmasının həqiqətən narahatlıq doğurduğunu bildirən Müşviq Alıyevin fikrincə, Xəzərin cənub sahillərində quşlarda xəstəlik varsa, bizdə də ola bilər və Dövlət Baytarlıq Xidməti, Qida Təhlükəsizliyi Agentliyi təbir görməlidir: “Ölən quşlardan analizlər götürülməli, əgər biz tərəfdə ölən quşlar tapılsa, onları müayinə edib, dəqiq diaqnozu qoyulmalıdır. Yəni indiki zamanədə ölü quş tapıldısa, gərək, analiz oluna. Çünki quş qripi bir tərəfdən, koronavirus da digər tərəfdən dünyada yayılıb. Tədbir ancaq o qurumlar tərəfindən görülməlidir. Vətəndaşın hansısa tədbir görməyə gücü, imkanı yoxdur. Vətəndaş quş ölümləri barədə məlumat verməlidir ki, onlar da gəlsinlər analiz etsinlər”.
Müşviq həkim onu da vurğuladı ki, indi quş qripinin güclü vaksini yoxdur: “Mən eşitməmişəm ki, quş qripinin güclü vaksini olsun. Təsərrüfat sahibləri öz təsərrüftalarını qorumalıdır”.
Şamo EMİN,
Ovqat.com
Paylaş: