Xəbər lenti


Dünyada koronavirusa yoluxanların sayı 2 milyon 231 nəfərə yüksəlib.
 
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, koronavirusdan ölənlərin sayı isə 126 min 758 nəfər olub.
 

Ötən günün koronavirus statistikası

 
Dünya 
 
Ötən gün dünyada 74 min 012 nəfərdə yoluxma halı aşkarlanıb, 6 min 982 nəfər isə koronavirusun qurbanına çevrilib.
 



ABŞ
 
Son 24 saatda pandemiyadan ən çox əziyyət çəkən ölkə yenə ABŞ olub. Gün ərzində ölkədə 26 min 945 nəfərin virusa yoluxduğu təsbit edilib, 2 min 407 nəfər isə dünyasını dəyişib. Ümumilikdə ABŞ-da koronavirusun 26 min 47 can aldığı, 613 min 886 nəfərin isə bu mərəzə yoluxduğu bildirilir. Onlardan 13 min 473-nin vəziyyəti ağır və ya kritikdir. Koronavirusun ölüm və sağalma sayından doğan öldürücülük gücünün bilinən ən yüksək nisbəti də ABŞ-da qeydə alınıb – 40%.
 

Böyük Britaniya
 
Ötən gün koronavirusa ən çox qurban verən ikinci ölkə Böyük Britaniya olub. Gün ərzində bu ölkədə 778 nəfər koronavirusdan dünyasını dəyişib, 5 min 252 yeni yoluxma halı aşkarlanıb. Bununla da İngiltərədə yoluxanların ümumi sayı 93 min 873-ə, ölüm sayı isə 12 min 107-yə yüksəlib. 
İngiltərədə koronavirusun artıq pik nöqtəsinə qədəm qoyduğu bildirilir. Ölkədə gələcək həftələrdə itkilərin getdikcə artacağı proqnozlaşdırılır. Bunun da səbəbi Londonun Kollektiv immunitet strategiyasını həyata keçirməsidir. Bu strategiya əhalinin koronavirusa yoluxduraraq ona qarşı ümumi immuniteti formalaşdırmaq məntiqinə əsaslanır və əhalinin ən azı 60%-nin bu xəstəliklə üzləşəcəyi gözlənilir. Sevindirici hal odur ki, koronavirusa yoluxanların 80%-ə yaxını xəstəliyi rahat keçirir. 
Bununla belə, Böyük Britaniya hökumətinin həyata keçirdiyi bu strategiya istər-istəməz əhalinin daha sürətli yoluxmasına və qısa müddətdə ciddi itkilərin yaşanmasına gətirib çıxara bilər. Görünür, məhz bu səbəbdən İngiltərə koronavirusdan sağalanların sayını qeydə almır. Bu da koronavirusun həmin ölkədəki öldürücülük nisbətini müəyyənləşdirməyə imkan vermir.
 

İtaliya
 
Koronavirusa indiyədək ən çox qurban verənlər siyahısında ABŞ-ı təqib edən ikinci ölkə İtaliyadır. 
İtaliyada dünən 602 nəfər koronavirusa məğlub olub, daha 2 min 972 nəfərdə isə “əsrin vəbası” aşkarlanıb.  Bununla da İtaliyada koronavirus qurbanlarının sayı 21 min 067-ə, yoluxanların sayı isə 162 488-ə yüksəlib. Sağalanların sayında da artım var – 37 130. Bu artımla İtaliyada koronavirusun öldürücülük nüsbəti 36%-ə enib. Qeyd edək ki, bir neçə gün əvvəlki statistikalarda bu nisbət 40%-dən yuxarı idi. 
 

İspaniya – koronavirusa ən dözümlü Avropa ölkəsi
 
İspaniyada son günlər koronavirusdan ölüm hallarının azaldığı müşahidə olunur. Bu da ilk baxışdan onu deməyə əsas verir ki, İspaniya artıq pik nöqtədən tədricən uzaqlaşmağa başlayıb. Amma dünənki statistikalarda gözə dəyən bəzi rəqəmlər ispanların sevinməsi üçün  hələ çox tez olduğunu göstərir.
Ötən gün ölkədə 499 nəfər koronavirusdan ölüb, 3 min 961 yeni yoluxma halı təsbit olunub. Ümumilikdə İspaniyada koronavirusa qurban gedənlərin sayı 18 min 255-ə, yoluxanların sayı isə 174 min 060-a yüksəlib. Ağır və kritik vəziyyətdə olanlar isə 7 min 37 nəfərdir. Yeni və ümumi yoluxanların, o cümlədən ağır vəziyyətdə olanların sayında İspaniyanın İtaliyanı geridə buraxması gələcək həftələrə ümidləri azaldır. Ölkədə koronavirusun öldürücülük nisbəti isə dünya ortalamasına bərabərdir -21%. Bu da, zənnimizcə, ispanların koronavirusa ən dözümlü Avropa xalqı adını almaları üçün kifayətdir.

 
Fransa – koronavirusun pik nöqtəsi
 
Fransa dünən koronavirusa ən çox qurban verənlər sırasında ABŞ və İngiltərədən sonra 3-cü ölkə olub. Dünən koronavirusa 762 fransız vətəndaşı qurban gedib. Bununla da ümumi ölüm sayı 15 min 729-ə yüksəlib. Yeni yoluxanlarda isə Fransa ABŞ-dan sonra ikinci yeri tutub – 6 min 524. Ümumilikdə isə bu ölkədə 143 min 303 nəfər koronavirusa yoluxub. Rəqəmlərin müqayisəli təhlili göstərir ki, Fransada koronavirus özünün pik nöqtəsindədir. Yoluxanlar arasında vəziyyəti ciddi və kritik olanlar da az deyil – 6 min 730 nəfər. Bu isə qarşıdakı 2-3 həftənin Fransada çox gərgin keçəcəyini göstərir. Fransada koronavirusun öldürücü gücü də İtaliyaya yaxındır – 35%.
 
Ötən gün koronavirusa ən çox qurban verən 5 ölkə





Ana səhifəyə qayıt        Baxış: 3 458          Tarix: 15-04-2020, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma